Bank Of Baku

Türkiyədə 197 gündür axtarışda olan təhlükəli cinayətkar Cem Qəriboğlu polisə təslim olub

Türkiyədə 197 gündür axtarışda olan təhlükəli cinayətkar Cem Qəriboğlu polisə təslim olub
# 17 sentyabr 2009 08:12 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, 197 gündür axtarışda olan 18 yaşlı C. Qəriboğlu sentyabrın 17-nə keçən gecə vəkili Aytəkin Kaya tərəfindən polisə təhvil verilib. C. Qəriboğlu saat 00.30-da vəkilinin cib telefonuna zəng edərək İstanbulun Bağçalıevlər səmtində olduğunu deyib. Vəkil deyilən yerə gedərək C. Qəriboğlu ilə görüşüb və polisə xəbər verib. Polis qısa müddətdə verilən ünvana gələrək ağır cinayətdə ittiham olunan yeniyetməni təhvil alıb. O, həkim müayinəsindən keçirildikdən sonra polis bölməsinə aparılıb. Gecə saatlarında İstanbul valisi Müəmmər Gülər, Türkiyə əmniyyət müdiri (polis təşkilatının rəhbəri) Oğuz Kaan Köksal və İstanbulun əmniyyət müdiri (polis rəisi) Hüseyn Çapkın bölməyə gələrək jurnalistlərə rəsmi açıqlama veriblər.

Vəkil A. Kaya C. Qəriboğlunun təslim olmasının bəzi təfərrüatlarını jurnalistlərə danışıb. Onun sözlərinə görə, gizləndiyi müddətdə saqqal saxlamasına baxmayaraq, Cemin üst-başı, geyimi səliqəli olub. Vəkil C. Qəriboğlundan harada gizləndiyini və kimlərin tövsiyəsi ilə təslim olmaq qərarına gəldiyini soruşmayıb. Polisləri gözləyərkən C. Qəriboğlu vəkilə acdığını söyləyib. Vəkil yaxınlıqdakı dükandan kolbasa və çörək alaraq ona verib. A. Kaya “Cem kolbasa-çörək yeyərkən öz özümə deyirdim ki, görəsən, bu uşaq doğrudan da cinayətkardırmı?”

C. Qəriboğlu isə onu təhvil alan polislərə aşağıdakıları bildirib: “Atamın həbs olunması məni çox üzdü. Ailəmin bu cinayətlə heç bir əlaqəsi yoxdur. Bu cinayətlə bağlı bilmədiyiniz çox şey var. Sizə hər şeyi danışacağam”.

Qeyd edək ki, C. Qəriboğlunun ailəsi Türkiyənin tanınmış ailələrindən biridir. Cinayət günü Cem sevgilisi, 18 yaşlı Münəvvəri İstanbulun elitar məhəllələrindən olan Etilər səmtində yerləşən villasına dəvət edib. Münəvvər evə gəldikdən bir qədər sonra Cem bayıra çıxaraq yaxınlıqdakı marketdən mətbəx bıçağı alıb. Villada Cem və Münəvvərlə yanaşı, başqa şəxslərin olub-olmadığı hələlik bəlli deyil. M. Karabulut villanın içində öldürülüb və başı kəsilib. Baş və bədən yaxınlıqdakı zibil qutusuna atılıb. Hadisədən sonra C. Qəriboğlu yoxa çıxıb. Onun Rusiyada, Ermənistanda, hətta Çində gizləndiyinə dair xəbərlər dolaşırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR