Bank Of Baku

Türkiyə vətəndaşı dünyanın ən uca boy adamı elan olunub

Türkiyə vətəndaşı dünyanın ən uca boy adamı elan olunub
# 17 sentyabr 2009 08:15 (UTC +04:00)
Bakı - APA. Türkiyə vətəndaşı Sultan Kosen dünyanın ən uca boy adamı elan olunub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, boyu 2 m 47 sm olan S. Kosenin adı 2010-cu il üçün “Ginnesin rekordlar kitabı”na salınacaq.

Hazırkı rekordçu – boyu 2 m 57 sm olan ukraynalı Leonid Stadnik təkrar ölçmə prosesindən imtina etdiyinə görə titulunu itirib. O bu qərarını daim ətrafdakıların diqqət mərkəzində olması nəticəsində yorulması ilə izah edib: “Əgər bu göstərici məni daha da sağlam etsəydi, yaxud ömrümü uzatsaydı, razılaşardım. Lakin hər şey əksinə oldu, mənim ancaq əsəblərim korlanır”.

Qeyd edək ki, S. Kosenin 27 yaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR