Bank Of Baku

Cem Qəriboğlu: “Cəsəd çemodana sığmadığı üçün başını kəsib gitara qutusuna qoydum”

Cem Qəriboğlu: “Cəsəd çemodana sığmadığı üçün başını kəsib gitara qutusuna qoydum”
# 17 sentyabr 2009 13:36 (UTC +04:00)
Bakı – APA. Türkiyədə 197 gündür axtarışda olan və sentyabrın 17-nə keçən gecə İstanbulda polisə təslim olan Cem Qəriboğlunun polislərlə söhbətinin bəzi detalları bəlli olub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, C. Qəriboğlu sevgilisi Münəvvər Karabulutu vəhşicəsinə qətlə yetirdiyini etiraf edib: “Çox üzgünəm. Olay bir anda baş verdi. Kaş o deyil, mən öləydim”. Qızı öldürdükdən sonra hansı səbəblə başını kəsdiyinə dair sualı cavablandıran C. Qəriboğlu bildirib ki, cəsəd çemodana sığmadığı üçün başını kəsərək gitara qutusuna qoyub. O, cinayətdən sonra tanımadığı bir nəfər tərəfindən naməlum evə aparıldığını və orada qaldığını söyləyib.

Qeyd edək ki, 18 yaşı tamam olmadığı üçün C. Qəriboğlu ilə bağlı Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan maddələri tətbiq ediləcək. Bu maddələrə əsasən onu 12 ildən 24 ilə qədər həbs cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR