Bank Of Baku

ABŞ Çexiyanın ardınca Polşada da Raket Hücumundan Müdafiə Sistemi yerləşdirməkdən imtina edib

ABŞ Çexiyanın ardınca Polşada da Raket Hücumundan Müdafiə Sistemi yerləşdirməkdən imtina edib
# 17 sentyabr 2009 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə CNN telekanalının jurnalistlərinə Polşa Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlik təmsilçiləri Vaşinqtonun qərarını “fəlakət” kimi dəyərləndiriblər. ABŞ-ın Polşadakı səfirliyindən isə bildiriblər ki, bu, yekun qərar deyil və Vaşinqton qərarını rəsmən açıqlamayıb. Bu gün səhər ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Varşavada polyak diplomatlarla görüş keçiriblər. Bir saat davam edən danışıqlardan sonra heyət Praqaya yola düşüb.

Xatırladaq ki, dünən gecə ABŞ prezidenti Barak Obama Çexiyanın baş naziri Yan Fişerə telefon açaraq ölkəsinin Şərqi Avropada Raket Hücumundan Müdafiə Sistemi yerləşdirmək niyyətindən imtina etdiyini bildirib. APA-nın məlumatına görə, bu barədə beynəlxalq informasiya agentlikləri diplomatik mənbələrə istinadən məlumat yayıblar. Baş naziri mətbuat katibi Barak Obama ilə Yan Fişer arasında telefon danışığı olduğunu təsdiqləyib, lakin söhbətin məzmununu açıqlamayıb. Onun sözlərinə görə, baş nazirin söhbətin gedişi barədə artıq Çexiya prezidentini məlumatlandırıb. Bu gün Pentaqon rəhbəri Robert Qeyts ölkənin Raket Hücumundan Müdafiə planları ilə bağlı mətbuat konfransı keçirəcək, sabah isə ABŞ-da səfərdə olan çex həmkarı Martin Bartakla görüşəcək. Günü ikinci yarısında ABŞ Dövlət Departamenti nümayəndə heyətinin Praqaya səfəri gözlənilir. Diplomatik mənbələr Vaşinqtonun bu addımını İrandan yönələn raket hücumu təhlükəsinin yenidən qiymətləndirilməsi ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR