Bank Of Baku

Ukrayna prezidentinin polkunda kütləvi zəhərlənmə baş verib

Ukrayna prezidentinin polkunda kütləvi zəhərlənmə baş verib
# 17 sentyabr 2009 21:23 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidentinin polkunda kütləvi zəhərlənmə baş verib. APA-nın “RBK-Ukraina”ya istinadən xəbərinə görə, faktı Ukrayna Quru Qoşunlarında təsdiqləyiblər.
Əvvəlcə 15 hərbçidə qida zəhərlənməsinin əlamətləri müşahidə olunub. Bundan sonra onlarla təmasda olan və birlikdə yemək yeyən 138 hərbçi ilə bağlı karantin tədbirləri görülüb. Müvafiq analizlər götürülsə də, hələlik zəhərlənmənin dəqiq səbəbi bəlli deyil.
Qeyd edək ki, Ukrayna prezidentinin polku Milli Qvardiyanın bazasında yaradılıb. Polkun tərkibinə DİN-in tabeçiliyinə verilməyən xüsusi təyinatlı dəstələr daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR