Bank Of Baku

YUNESKO quruma baş direktor seçə bilməyib

YUNESKO quruma baş direktor seçə bilməyib
# 18 sentyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. YUNESKO-nun İcra Şurası gizli yolla keçirilən səsvermənin ilk turunda qurumun baş direktorunu seçə bilməyib. APA-nın məlumatına görə, namizədlərdən heç biri səsvermədə zəruri olan 58 səs toplaya bilməyib. Qeyd edək ki, YUNESKO-nun baş direktoru təşkilatın İcra Şurasının Parisdə keçirilən 182-ci sessiyasında seçilməlidir. Hazırkı baş direktor Koişiro Matsuuranın səlahiyyət müddəti noyabrda başa çatır.

Baş direktor postuna namizədlər Benita Ferrero-Valdner (Avstriya), İna Marçiulionite (Litva), Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, Məhəmməd Becauyi (Əlcəzair), İrina Bokova (Bolqarıstan), Faruk Hüsni (Misir), Sosteper Mviyarubi Muxonqo (Tanzaniya), İvonn Xuez de A. Baki (Ekvador), Nureini Ticani-Serposdur (Benin). Bu posta əsas namizəd Misirin mədəniyyət naziri Faruk Hüsni hesab olunur. Lakin onun namizədliyi ətrafında qalmaqal baş verib. Bəzi ölkələr Faruk Hüsnini antisemitizmdə ittiham ediblər. Ötən il Misir parlamentində çıxış edən Faruk Hüsni bildirib ki, ölkə kitabxanalarında İsraildə nəşr olunmuş kitab tapsa, yandıracaq. Bir ay sonra o söylədiyi sözlərə görə üzr istəyib, lakin bu fakt Faruk Hüsninin imicini zədələyib və o birinci turda YUNESKO-nun baş direktoru seçilə bilməyib. Səsvermənin ikinci turu bu gün keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR