Bank Of Baku

“Al-Qaida” Bundestaqa seçkilər ərəfəsində Almaniyada irimiqyaslı terror aktları törədəcəyini bəyan edib

“Al-Qaida” Bundestaqa seçkilər ərəfəsində Almaniyada irimiqyaslı terror aktları törədəcəyini bəyan edib
# 19 sentyabr 2009 08:24 (UTC +04:00)
Berlin-APA. Almaniyada ən yüksək səviyyəli terror təhlükəsi elan olunub. APA-nın məlumatına görə, alman polisi və təhlükəsizlik xidməti sentyabrın 18-dən etibarən ölkə ərazisində, aeroport və vağzallarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edib. Bu qərar ölkədə terror təhlükəsizinin artması ilə əlaqədar qəbul olunub. İslamçı saytların monitorinqini keçirən Amerikanın “İntel Center” mərkəzinin ekspertləri bəzi təşkilatların sentyabrın 27-də Bundestaqa keçiriləcək seçkilər ərəfəsində ölkədə terror aktı törətmək niyyətində olduğunu bəyan ediblər. Seçkilərə terror ləkəsi yaxmağa çalışan islamçılar bildiriblər ki, Almaniyada yeni hökumətin seçilməməsi ölkəni xaosa sürükləyə bilər. Hazırda Almaniyanın bütün hava limanları və dəmiryolu vağzallarında polis patrullarının sayı artırılıb. Ölkənin hüquq-mühafizə orqanları internetdə “Al-Qaida” liderlərinin Almaniyanı terrorla hədələyən yeni videoyazılarının yayımlandığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR