Bank Of Baku

Roman Abramoviç dünyanın ən bahalı evini alıb

Roman Abramoviç dünyanın ən bahalı evini alıb
# 19 sentyabr 2009 09:39 (UTC +04:00)
APA-nın “Vzqlyad”a istinadən yaydığı məlumata görə, “Çelsi” klubunun sahibi bir zamanlar əfsanəvi Rokfellerlər ailəsinə məxsus olan, hazırda dünyanın ən bahalı malikanələrindən sayılan evi alıb. Karib dənizindəki Sen-Bartel adasında yerləşən bu malikanə Devid Rokfellerə - “Standard Oil” nef şirkətinin təsisi etmiş Con Rokfellerin nəvəsinə məxsus olub. Roman Abramoviç bu bahalı evi almaq üçün 89 milyon dollar ödəyib. Bu, hazırda dünyanın daşınmaz əmlak bazarında ən bahalı sövdələşmə hesab olunur. 28 hektar ərazidə yerləşən malikanədə okean mənzərəli bir neçə “bunqalo”, tennis kortları, hovuzlar və bal rəqsləri üçün zallar var. Abramoviç bu malikanəni Hindistan mənşəli bir amerikalıdan alıb. Həmin şəxsin 2000-ci ildə 8 milyon dollara aldığı bu malikanəyə Abramoviç 89 milyon dollara sahib çıxıb.

Xatırladaq ki, “Çelsi” klubunun sahibi dünyanın müxtəlif yerlərində çoxsaylı daşınmaz əmlaka sahibdir. Onun ev kolleksiyasına avstraliyalı media-maqnatdan satın aldığı, Qərbi Susseksdə yerləşən 420 hektar ərazisi olan malikanə, Nitsa ilə Kann arasındakı ərazidə yerləşən “Şato de-la-Kroe” malikanəsi, Kolorado ştatındakı “Uayldket-Ric” rançosu da daxildir. Qərbi Susseksdə yerləşən və media-maqnat Kerri Pekerdən 12 milyon funt sterlinqə satın alınan malikanədə 7 yataqlı ev, iki polo sahəsi, 100 at saxlamaq üçün tövlə, tennis kortu, nadir balıqlarla zəngin olan göl, qapalı hovuz, cakuzi və çimmək üçün xüsusi göl var.

Kolleksiyaya daxil olan “Şato-de-la-Kroe” malikanəsi isə bir zamanlar Vindzor hersoquna məxsus olub. Abramaviç bu malikanə üçün 15 milyon dollar ödəyib. Kolorado ştatındakı ev isə sabiq qubernatora 36 milyon dollara başa gəlib. Britaniya mətbuatının yazdığına görə, Roman Abramoviç hazırda Böyük Britaniyada ən bahalı ev tikdirməyə hazırlaşır. Naytsbricdə tikiləcək ev 150 milyon dollara başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR