Bank Of Baku

Fransa vətəndaşı lotereyada 100 milyon avro udub

Fransa vətəndaşı lotereyada 100 milyon avro udub
# 19 sentyabr 2009 13:21 (UTC +04:00)
Paris-APA. Fransa sakini Avropada oynanan “EuroMillions” lotereyasında 100 milyon avro dəyərində “Cek-Pot”u udub. APA-nın məlumatına görə, bu, lotereyalar tarixində ən böyük məbləğdə uduşlardan biridir. Dünən keçirilən lotereyada uduşlu rəqəmlər 30, 16, 41, 38, 6, 2 və 4 olub. Hələlik “Cek-Pot”u udan şəxsin pulu almaq üçün müraciət edib-etmədiyi məlum deyil. “EuroMillions” lotereyası Fransa, Böyük Britaniya, İspaniya, Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya və İsveçrədə oynanır. Lotereya biletinin qiyməti 2 avrodur. Son beş il ərzində bu lotereyada ən böyük məbləğli uduş bu ilin mayında İspaniya vətəndaşı olan qadına qismət olub. Adının açıqlanmasını istəməyən bu qadın lotereyada 126 milyon avro udub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR