Bank Of Baku

İsveçdə əsrin qarəti baş verib

İsveçdə əsrin qarəti baş verib
# 23 sentyabr 2009 18:07 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün səhər İsveçdə əsrin qarət hadisəsi baş verib. “APA-Economics”in beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, cinayətkarların vertolyotdan istifadə etməsi polisi çaş-baş salıb.
Gecə vertolyot oğurlayan qarətçilər onu iri mühafizə müəssisəsinin pul saxlancının damına endiriblər. Yuxarı mərtəbələrin pəncərə şüşələrini sındıran cinayətkarlar içəri girərək pulu götürüblər və hadisə yerini elə vertolyotdaca tərk ediblər.
Naməlum cinayətkarların misli görünməmiş qarət hadisəsinə ciddi hazırlaşdığı da məlum olub. Onlar mümkün təqibdən yayınmaq üçün polisin vertolyot anqarının yaxınlığına üzərində “bomba” yazılmış çanta qoyublar. Asayiş keşikçiləri şübhəli əşyanı zərərsizləşdirməklə məşğul olduqları vaxt qarətçilər Stokholm hüdudlarını tərk etməyə və öz vertolyotlarını meşədə buraxmağa müvəffəq olublar. Qarət zamanı nə qədər pulun oğurlandığı hələlik bəlli deyil.
Qeyd edək ki, son illər İsveçdə yerli polisi şoka salan bir neçə iri qarət hadisəsi baş verib. Məsələn, 4 il əvvəl Stokholmun beynəlxalq hava limanına basqın edən cinayətkarlar 43 mln. kron (6 mln. dollardan çox) pulu oğurladıqdan sonra təyyarədə qaçmışdılar. 2006-cı ildə isə basqınçılar Höteborq aeroportundan 1 mln. dollar oğurlamışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR