Bank Of Baku

Polşa “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsinə məsul olan komissar vəzifəsi təsis etmək təklifi irəli sürüb

Polşa “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsinə məsul olan komissar vəzifəsi təsis etmək təklifi irəli sürüb
# 24 sentyabr 2009 15:36 (UTC +04:00)
Bakı Viktoriya Dementyeva-APA. Polşa Avropa Komissiyasına “Şərq Tərəfdaşlığı” proqramının həyata keçirilməsinə məsul olan komissar vəzifəsi təsis etmək təklifi verib. APA-nın məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, bu təşəbbüsü nəticə əldə olunanadək davam etdirəcəklər: “Biz butəklifin keçməsi üçün tərəfdaşlarımızı inandırmağa çalışacağıq. Ümidvaram ki, artıq bununla bağlı Avropa Parlamentinin sədri Eji Buzeki inandıra bilmişəm”. Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramı təşəbbüsü Polşa və İsveç tərəfindən irəli sürülüb. Bu proqram Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusla xüsusi münasibətlərini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR