Bank Of Baku

Almaniyada keçirilən parlament seçkilərində Angela Merkelin başçılıq etdiyi blok qalib gəlib

Almaniyada keçirilən parlament seçkilərində Angela Merkelin başçılıq etdiyi blok qalib gəlib
# 28 sentyabr 2009 08:54 (UTC +04:00)
APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, “exit poll”un nəticələrinə əsasən indiki federal kansler, Xristian Demokratik Birlik Partiyasının (CDU) lideri Angela Merkelin rəhbərlik etdiyi blok təxminən 33% səs toplayıb. Onların ən yaxın müttəfiqi olan Azad Demokratlar Partiyası (FDP) isə 15% səs alıb. Beləliklə, sağ partiyalar Bundestaqda çoxluq əldə ediblər.

CDU-nun mövcud hökumətdəki koalisiya ortağı – Sosial Demokrat Partiyası (SPD) İkinci Dünya müharibəsindən bu yana ən zəif nəticəni göstərərək 22-23% səs yığıb. Partiyanın baş nazir vəzifəsinə namizədi Frank Valter Ştaynmayer məğlubiyyəti qəbul edərək bildirib ki, A. Merkelin başçılığı altındakı çoxluq sosial-demokratların iştirakı olmadan yeni hökuməti formalaşdıra biləcək. O, 27 sentyabrı alman sosial-demokratlarının acı günü adlandırıb və yeni hökumətin uğurlu fəaliyyətinə inanmadıqlarını vurğulayıb. SPD lideri Franz Münteferinq də fəaliyyətlərini müxalifətdə davam etdirəcəklərini, sosial sistemi yox etməyə çalışanlara qarşı mübarizə aparacaqlarını bəyan edib.

A. Merkel isə Almaniyada yaşayan bütün almanların baş naziri olacağını, həm gənclər, həm də yaşlılar üçün xalq partiyası olmağa davam edəcəklərinin söyləyib.

Həmsədrlərindən biri türk (Cem Özdəmir) olan Yaşıllar Partiyası 10%-dən çox səs alaraq əvvəlki seçkilərlə müqayisədə faizini yüksəldib. C. Özdəmir özü parlamentə düşə bilməsə də, Bundestaqda 3 etnik türk təmsil olunacaq. Yaşıllar Partiyasından Ekin Dəligöz 4-cü dəfə, Sol Partiyadan Sevim Dağdələn 2-ci dəfə, Azad Demokratlar Partiyasından Sərkan Törən isə ilk dəfə millət vəkili seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR