Bank Of Baku

AŞ PA sədri Rusiya nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair təklifin komitələrə göndərilməsini təklif edib

AŞ PA sədri Rusiya nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair təklifin komitələrə göndərilməsini təklif edib
# 28 sentyabr 2009 12:15 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Mariya de Puç Rusiya nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair irəli sürülən təklifin Monitorinq Komitəsi və Nəzarət-Təftiş Komitəsinə göndərilməsini təklif edib. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞ PA sədri bunu qurumun payız sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya nümayəndə heyətinin mandatının dondurulması məsələsi Avropa Şurasının mövqeyi deyil, bir qrup deputatın irəli sürdüyü yazılı təklifdir: “Rusiya-Gürcüstan müharibəsinin nəticələrinə dair bu həftə keçirəcəyimiz müzakirələrə gəldikdə, bu məsələdə AŞ PA-nın mövqeyi BMT-nin mövqeyindən fərqli deyil. Biz müstəqil təhqiqat komissiyasının yaradılmasını təklif etmişik. Cenevrə danışıqları hansı tərəfin nə dərəcədə məsuliyyət daşıdığını ortaya çıxaracaq. AŞ PA Rusiya-Gürcüstan müharibəsi ilə bağlı qətnamələr qəbul edib. Bu məsələyə dair iki dəfə müzakirələr aparılıb, lakin AŞ PA Rusiya nümayəndə heyətinin mandatının saxlanılmasına qərar verib. Mənim təşəbbüsümlə üçtərəfli komissiya yaradılıb. Mən Rusiya nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair irəli sürülən təklifin Monitorinq Komitəsi və tövsiyə üçün Nəzarət-Təftiş Komitəsinə göndərilməsini təklif edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR