Bank Of Baku

AŞ PA qruplarında baş katib postuna seçki ilə bağlı dinləmələr keçiriləcək

AŞ PA qruplarında baş katib postuna seçki ilə bağlı dinləmələr keçiriləcək
# 28 sentyabr 2009 14:40 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. AŞ PA-nın payız sessiyası çərçivəsində qurumda təmsil olunan siyasi partiya qruplarında baş katib postuna Nazirlər Komitəsi tərəfindən təqdim edilən iki namizədin iştirakı ilə dinləmələr keçiriləcək. APA-nın Avropa bürosunun xəbərinə görə, bu barədə Avropa Xalq Partiyası qrupunun üzvləri keçirdikləri mətbuat konfransında məlumat veriblər. Avropa Xalq Partiyası hesab edir ki, Nazirlər Komitəsinin təqdim etdiyi namizədlər ideoloji baxımdan düzgün seçim etməyə imkan vermir, çünki hər iki namizəd sosialistdir. Polşanın sabiq baş naziri Vlodzimej Çimoşeviçin Avropa Xalq Partiyasının üzvü olmasına baxmayaraq, bu şəxs sosialist qrupunun namizədi kimi təqdim edilib. Digər namizəd norveçli sosialist Tyorborn Yaqlanddır. Avropa Xalq Partiyası isə öz namizədi kimi belçikalı deputat Lük van den Brandenin namizədliyini irəli sürmüşdü.

Avropa Xalq Partiyası qrupunun üzvü Kristos Purqurides AŞ Nazirlər Komitəsinin baş katib postuna seçkilərin keçirilməsi qaydasını kobud şəkildə pozduğunu deyib: ”AŞ PA-nın bütün üzvləri bunu qəbul edir. Hesab edirlər ki, başqa seçim yoxdur. Biz bu pozuntuların düzəldilməsi şərti ilə seçkilərin yanvar sessiyasında keçirilməsinə razıyıq. Əgər qaydalar varsa, onlara riayət etmək lazımdır. Amma əksər deputatlar seçkilərin keçirilməsinin lehinə səs verməklə praqmatizm nümayiş etdirdilər”.

Qeyd edək ki, Avropa Xalq Partiyası AŞ PA-nın plenar iclasında baş katib postuna seçkilərin keçirilməsinin gündəlikdən çıxarılması tələbi ilə çıxış etməsinə baxmayaraq, bu tələb səs çoxluğu ilə rədd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR