Bank Of Baku

Polşa Senatının sədri: “Şərq tərəfdaşlığı” bizim üçün çox önəmlidir

Polşa Senatının sədri: “Şərq tərəfdaşlığı” bizim üçün çox önəmlidir
# 28 sentyabr 2009 21:36 (UTC +04:00)
O, bu ölkələri yaxşı tanımaqla yanaşı, region ölkələrinin onların üzləşdiyi prosesləri yaxşı başa düşür. Polşada keçirilən seçkilərdə o, pravoslav Belarus etnik təbəqəsindən daha çox dəstək aldı. Hesab edirəm ki, bu onun seçilməsində də rol oynaya biləcək. O, rus dilini bilir, adət-ənənələri və regionu yaxşı tanıyır”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu fikirləri Polşa Senatının sədri Boris Boruzeviç bazar ertəsi AŞ PA sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Azərbaycanla ölkəsi arasındakı münasibətlərlə bağlı sualı cavablandıran B. Boruzeviç Azərbaycan-Polşa parlamentlərarası münasibətlərinin çox müsbət olduğunud eyib: “Mən iki dəfə Azərbaycanda olmuşam. Azərbaycan parlamentinin sədri də Polşaya səfər edib. Düşünürəm ki, ölkələrimiz arasında gözəl anlaşma səviyyəsi var”.

Onun sözlərinə görə, Qafqaz regionu, o cümlədən Azərbaycan Avropa İttifaqının maraq dairəsindədir: ““Şərq tərəfdaşlığı” bizim üçün çox önəmlidir. Bu bizə mümkün olan bütün səviyyələrdə əlaqələrimizi gücləndirməyə imkan verir. Bu, tərəfdaşlıqda iştirak etməyə dəvət edilən ölkələrdəki müsbət istiqamətdə həyata keçirilən dəyişikləri təşviq etmək üçün də bir fürsətdir. Bu təmaslar proqrama daxil olan ölkələrlə bütün Avropa İttifaqı ölkələrini əhatə edir. İqtisadi sahədəki təmasların təşviqi və inkişaf etdirilməsindən əlavə, biz yerli idarəetmə orqanlarını da demokratik islahatları həyata keçirməyə ruhlandırmaq istəyirik. Biz həmçinin məhkəmə, penitensiar sistemlərdə də islahatların aparılmasını dəstəkləyirik. Hələ 20 il bundan əvvəl demokratik dəyişikliklər prosesini başlayanda bu dəyişiklərin həyata keçirməyə ehtiyacımız var idi. “Şərq tərəfdaşlığı ” tərəfdaş ölkələrdə əməkdaşlıq, həvəs hissi olmadan uğur qazana bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR