Bank Of Baku

AŞ PA-da “Gürcüstanla Rusiya arasında müharibə: bir il sonra” adlı hesabat dinlənilib

AŞ PA-da “Gürcüstanla Rusiya arasında müharibə: bir il sonra” adlı hesabat dinlənilib
# 29 sentyabr 2009 15:33 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. AŞ PA-nın payız sessiyasının ikinci iş günündə Monitorinq Komitəsinin həmməruzəçiləri Lük van den Brande və Matias Yörşinin “Gürcüstanla Rusiya arasında müharibə: bir il sonra” adlı hesabatı dinlənilib. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələrdən sonra Gürcüstan parlamenti sədrinin birinci müavini Mixail Maçavariani jurnalistlərə açıqlama verib. O bildirib ki, ərazi bütövlüyü Azərbaycan üçün də ən əsas məsələdir: “Sənəddə ərazi bütövlüyünün təmin olunması və xarici hərbi birləşmələrin işğal etdikləri əraziləri tərk etməsinin zəruriliyi xüsusi qeyd olunur. Avropalı parlamentarlar bir daha qeyd etdilər ki, Rusiya Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Öhdəliklərin indiyə qədər yerinə yetirilməməsi onlarda təəssüf doğurur”.

M. Maçavariani bəyan edib ki, Rusiyanın AŞ-nin mövqeyini qulaqardına vurması dözülməzdir, çünki bu, AŞ PA-da təmsil olunan digər ölkələr üçün pis örnək ola bilər: “Hazırda Rusiya nəinki 1633 və 1647 saylı qətnamələri yerinə yetirmir, hətta Avropa Şurasınin dəyərlərinə və təməl prinsiplərinə əməl etmir. Ümid edirik ki, qəbul ediləcək qətnamə irəliyə doğru yeni bir addım olacaq və bir daha Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi faktı öz əksini tapacaq”.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr plenar iclasın sonunda davam etdiriləcək. Sonda qətnamənin qəbul ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR