Bank Of Baku

Bursada Ermənistan prezidentinin Türkiyəyə səfərinə qarşı imzatoplama kampaniyası keçirilir

Bursada Ermənistan prezidentinin Türkiyəyə səfərinə qarşı imzatoplama kampaniyası keçirilir
# 29 sentyabr 2009 16:15 (UTC +04:00)
APA-nın məlumatına görə, “Kamu-Sen”in Bursa bölməsinin rəhbəri SəlcukTürkoğlu bildirib ki, Serj Sərkisyan Türkiyə-Ermənistan matçını izləmək üçün Bursaya dəvət olunub: “Lakin o bu dəvəti şantaj predmetinə çevirib və Bursaya gəlməzdən əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edir. Türkiyə böyük dövlətdir və Ermənistan kimi kiçik dövlətin şantajına uymamalıdır”. Səlcuk Türkoğlu 3 günə 50 min imza toplamağı düşündüklərini və imzaları Türkiyə Böyük Millət Məclisinə göndərməyə hazırlaşdıqlarını bildirib.
Xatırladaq ki, Kamu-Sen həmkarlar təşkilatının Kayseri şöbəsi də Türkiyə-Ermənistan matçının bu şəhərdə oynanmasına qarşı imzatoplama kampaniyası təşkil etmiş, toplanan 270 min imza prezidentə, baş nazirə və parlamentə göndərilmişdi. Bu etirazlardan sonra Türkiyə Futbol Federasiyası matçın Bursa şəhərində oynanmasına qərar vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR