Bank Of Baku

Cövhər Dudayev küçəsinin adı Ramzan Kadırovun şərəfinə dəyişdirilə bilər

Cövhər Dudayev küçəsinin adı Ramzan Kadırovun şərəfinə dəyişdirilə bilər
# 29 sentyabr 2009 22:46 (UTC +04:00)
Bakı – APA. Riqa şəhərindəki Cövhər Dudayev küçəsinin adı dəyişdirilə bilər. APA-nın xəbərinə görə, bu barədə Riqa şəhər Dumasına üç təklif daxil olub.
Qeyd edək ki, 1996-cı ildə Riqanın Kosmonavtika prospektinin adı Cövhər Dudayev ilə əvəzlənib. Təkliflərdən birincisi küçənin əvvəlki adının qaytarılması ilə bağlıdır.
İkinci təklif küçənin məşhur Belarus yazıçısı Yanki Kupalanın şərəfinə adlandırılmasıdır. Ən təəccüblüsü isə üçüncü təklifdir - Cövhər Dudayev küçəsinin adının dəyişdirilərək Ramzan Kadırovun şərəfinə adlandırılması təklif olunur.
Qeyd edək ki, dünyanın 20 ölkəsində Cövhər Dudayevin adına küçə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR