Bank Of Baku

İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14-bis saylı Protokolu oktyabrın 1-də qüvvəyə minir

İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14-bis saylı Protokolu oktyabrın 1-də qüvvəyə minir
# 30 sentyabr 2009 15:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14-bis saylı Protokolu oktyabrın 1-də qüvvəyə minir. Avropa Şurasının Bakıdakı İnformasiya Ofisindən APA-ya verilən məlumata görə, bu protokol Avropa İnsan Hüquqları Məhkəməsinin sayı artmaqda olan ərizələrə baxmaq imkanlarını genişləndirmək məqsədi daşıyır. Ərizələrə baxan və onların qəbul edilməsinin məqsədəuyğunluğu və mahiyyəti üzrə qərar çıxaran hakimlərin sayına dair iki konkret proseduru özündə ehtiva edən bu Protokol 14 saylı Protokol qüvvəyə minənə qədər müvəqqəti tədbir kimi nəzərdə tutulub.

İndiyədək 14-bis saylı Protokolu 7 dövlət (Danimarka, Gürcüstan, İslandiya, İrlandiya, Monako, Norveç və Sloveniya) ratifikasiya edib. Digər 7 dövlət (Avstriya, Fransa, Lüksemburq, Rumıniya, San-Marino, İspaniya və Makedoniya) isə ratifikasiya öncəsi sənədi imzalayıb. Aşağıdakı doqquz dövlət alternativ hüquqi əsasdan istifadə etməklə bəyanat verərək razılaşıblar ki, 14 saylı Protokoldakı müvafiq prosedurlar onlara qarşı verilən ərizələrə müvəqqəti tətbiq ediləcək: Albaniya, Belçika, Estoniya, Almaniya, Lixtenşteyn, Lüksemburq, Niderland, İsveçrə və Birləşmiş Krallıq.
Protokola əsasən 1 hakim açıq-aydın qəbuledilməz olan ərizələri rədd etmək barədə qərar verə bilər. Əvvəllər bunun üçün 3 hakimdən ibarət komitənin qərarı tələb olunurdu. Üç hakimdən ibarət komitə açıq-aydın əsaslı olan işlərdə və oturuşmuş presedent hüququnun mövcud olduğu işlərdə ərizələri qəbul edə və onların mahiyyəti üzrə qərar çıxara bilər. Əvvəllər bu işlərə 7 hakimdən ibarət palatalar və ya Böyük Palata (17 hakimdən ibarət) tərəfindən baxılırdı.

Bu prosedurlar 14 saylı Protokolda da yer alıb. Bu sənəd hələ qüvvəyə minməyib, çünki Avropa Şurasının bütün üzvləri tərəfindən ratifikasiyası tələb olunur. Protokolu Rusiya Federasiyasından başqa bütün üzv dövlətlər ratifikasiya edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR