Bank Of Baku

AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması barədə müraciəti təmin etməyib

AŞ PA Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması barədə müraciəti təmin etməyib
# 01 oktyabr 2009 12:49 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması məsələsi ilə bağlı Monitorinq Komitəsinin məruzəçisi Andreas Qrossun hazırladığı məruzə ətrafında müzakirələr aparılıb. APA-nın AŞ-də akkreditə olunmuş əməkdaşının məlumatına görə, deputatların əksəriyyəti Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsinin lehinə çıxış ediblər. Onlar Rusiya nümayəndə heyəti ilə AŞ PA arasında dialoqun önəmli olduğunu vurğulayıblar.

Müzakirələrin sonunda məruzəyə 16 dəyişiklik irəli sürülüb və onlardan üçü qəbul edilib. Qətnamə 88 səs lehinə, 35 əleyhinə olmaqla qəbul edilib. Məruzədə qeyd olunub ki, bu tələblər Rusiya hakimiyyət dairələrinə ünvanlanıb və bu siyasət nümayəndə heyətinin səlahiyyəti xaricindədir. Nəticədə, Rusiya nümayəndə heyəti ilə AŞ PA arasındakı dialoqun önəmli olduğu və bunun davam etdirilməsi deputatlar tərəfindən bir daha vurğulanıb.

Qeyd edək ki, 2009-cu il sentyabrın 11-də danimarkalı deputat Maykl Yensen (Michael Jensen) və daha 71 deputat Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin alınması ilə bağlı AŞ PA-ya müraciət edib. Buna səbəb kimi Rusiyanın qurumun qəbul etdiyi 1633 və 1647 saylı qətnamələrindən irəli gələn öhdəlikləri yerinə yetirməməsi və monitorinq prosedurunda əməkdaşlıq etməməsi göstərilib.

Xatırladaq ki, Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulması ilə bağlı bir il ərzində artıq dördüncü dəfədir, AŞ PA-ya müraciət edilir.

AŞ PA Bürosunun sentyabrın 28-də keçirilən iclasında bu təklif Monitorinq Komitəsinə və rəy üçün Prosedur Qaydaları və İnstitusional Komitəyə göndərilib. Bu məsələ ilə bağlı Monitorinq Komitəsinin məruzəçisi A. Qross tərəfindən məruzə hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR