Bank Of Baku

Siciliyada təbii fəlakət baş verib, çoxlu sayda ölən və yaralananlar var

Siciliyada təbii fəlakət baş verib, çoxlu sayda ölən və yaralananlar var
# 03 oktyabr 2009 08:31 (UTC +04:00)
Siciliya-APA. Siciliyanın şimal-şərqində sel və daşqınlar ən azı 20 nəfərin ölümünə səbəb olub. APA-nın məlumatına görə, təbii fəlakət nəticəsində 79 nəfər yaralanıb, 35 nəfərin taleyi isə məlum deyil. Sel suları bölgədə çoxlu sayda evin dağılmasına səbəb olub, hazırda dağıntılar altında insanların olub-olmadığı araşdırılır. Əhali fəlakət bölgəsindən evakuasiya edilərək mehmanxanalarda yerləşdirilib. Sel və daşqınlardan ən çox zərər Messina şəhərinə dəyib. Şəhərin dəmiryol xətləri tamamilə sıradan çıxıb, bir neçə rayon isə ətraf aləmdən tamamilə təcrid olunub. Bəzi yerlərdə sel suları torpaq sürüşmələri ilə nəticələndiyindən fəlakətin miqyası genişlənib. Bölgədə fövqəladə vəziyyət elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR