Bank Of Baku

AKP-nin bu gün başlayan III qurultayında sədr postuna seçkilər keçiriləcək

AKP-nin bu gün başlayan III qurultayında sədr postuna seçkilər keçiriləcək
# 03 oktyabr 2009 09:54 (UTC +04:00)
Ankara-APA. Bu gün Türkiyənin hakim partiyasının üçüncü qurultayı keçirilir. APA-nın məlumatına görə, AKP qurultayında partiyanın seçkili orqanları yenidən formalaşdırılacaq. AKP sədri Rəcəb Tayyip Ərdoğanın sədr postuna yeganə namizəd olacağı gözlənilir. Türkiyə mətbuatı qurultayda partiyanın rəhbər orqanlarının tərkibində ciddi dəyişikliklər olacağı barədə məlumat yayıb. AKP İdarə Heyətinin indiki üzvlərindən Bülənd Arınc, Sadullah Ergin, Ömər Dincər və Hüseyn Çelikin yenidən partiya rəhbərliyində təmsil olunacağı gözlənilir. Qurultayda baş nazir Rəcəb Tayyip Ərdoğanın “Demokratik Açılım” adlı bəyanatla çıxış edəcəyi bildirilir. Qurultay işini bu gün başa çatdıracaq. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin üzvləri Əli Əhmədov və Eldar İbrahimov AKP qurultayına qonaq qismində qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR