Bank Of Baku

İrlandiyada keçirilən referendumda Lissabon sazişinə qoşulmağın tərəfdarları qalib gəliblər

İrlandiyada keçirilən referendumda Lissabon sazişinə qoşulmağın tərəfdarları qalib gəliblər
# 03 oktyabr 2009 10:23 (UTC +04:00)
Dublin-APA. İrlandiyada keçirilən ümumxalq səsverməsində vətəndaşların əksəriyyəti Lissabon sazişinin lehinə səs veriblər. APA-nın məlumatına görə, Avropa İttifaqına inteqrasiya tərəfdarlarının referendumda qalib gəldiyini hələlik yalnız “exit-poll”un nəticələri təsdiqləyib. Səsvermənin rəsmi nəticələri isə sabah açıqlanacaq. Qeyd edək ki, ötən ilin iyununda keçirilən analoji referendumda səsvermə hüququna malik vətəndaşların 53,4 faizi ölkənin Lissabon sazişinə qoşulmasına qarşı çıxmışdı. İrlandiya yalnız Avropa İttifaqı rəhbərliyindən öz tələblərinin yerinə yetiriləcəyi ilə bağlı rəsmi qarantiya aldıqdan sonra təkrar referendum keçirməyə razılaşıb. Qeyd edək ki, İrlandiya Lissabon sazişini ümumxalq səsverməsinə çıxaran yeganə Aİ ölkəsidir. Avropa İttifaqının digər üzvləri bu sazişi parlamentdə ratifikasiya etməklə kifayətləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR