Bank Of Baku

Yunanıstanda keçirilən parlament seçkiləri hökumət dəyişikliyi ilə nəticələnib

Yunanıstanda keçirilən parlament seçkiləri hökumət dəyişikliyi ilə nəticələnib
# 05 oktyabr 2009 07:50 (UTC +04:00)
Bakı – APA. Oktyabrın Yunanıstanda keçirilən parlament seçkilərinin nəticələri bəlli olub. APA-nın xəbərinə görə, Konstantin Karamanlisin başçılıq etdiyi hakim “Yeni demokratiya” partiyası seçkilərdə məğlub olduğunu etiraf edib.
Artıq Karamanlis partiya liderliyindən istefa verdiyini bəyan edib. O, yenidən bu posta iddiaçı olmaq niyyətində deyil.
“Yeni demokratiya” partiyasından bildirilib ki, K.Karamanlis sosialistlərin lideri Georgies Papandreuya zəng edərək, onu seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, K.Karamanlisin səlahiyyətləri iki il sonra başa çatmalı idi. Amma o, Yunanıstanın iqtisadi problemlərinin həlli üçün dörd il lazım gəldiyini bəyan edərək, sentyabrda növbədənkənar seçkilərə getmək qərarı verib.
Sosialist İnternasionalının rəhbəri olan G.Papandreu isə 1981-ci ildən parlamentin deputatıdır. O, indiyədək müxtəlif nazir postlarını tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR