Bank Of Baku

Tibb nominasiyası üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

Tibb nominasiyası üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
# 05 oktyabr 2009 12:13 (UTC +04:00)
Stokholm-APA. Stokholmda tibb və fiziologiya nominasiya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. APA-nın məlumatına görə bu il tibb üzrə Nobel mükafatı hüceyrələrin qocalması mexanizmlərinin öyrənilməsi və xromosomların telomeraz fermentlərinin köməyi ilə müdafiə olunması sahəsində araşdırmalarına görə Elizabet Blekbern, Cek Jostak və Kerol Qreyderə verilib. Bu il Nobel mükafatının məbləği hər nominasiya üzrə 975 min avro təşkil edir. Avstraliyada doğulmuş Elizabet Blekbern hazırda Kaliforniya Universitetində çalışır. O, 1985-ci ildə Kerol Qreyderlə birlikdə telomeraz fermentini kəşf edib. Kerol Qreyder isə hazırda Con Hopkins Universitetinin molekulyar-biologiya və genetik istiqamətlər kafedrasına rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR