Bank Of Baku

Merkel Rusiya və Çini Şimali Koreyaya təsir göstərməyə çağırıb

Merkel Rusiya və Çini Şimali Koreyaya təsir göstərməyə çağırıb
# 25 noyabr 2010 00:14 (UTC +04:00)
Bakı-APA. Çin və Rusiya Cənubi Koreya ərazisini atəşə tutmuş KXDR-ə təsir etməlidirlər. Almaniya kansleri Angela Merkel belə bir bəyanatla çıxış edib.

«KXDR-də hadisələrin gedişinə təsir göstərmək iqtidarında olanlar bu ölkəni təxribatlardan çəkinməyə məcbur etməlidirlər», deyə federal kansler Cənubi Koreya prezidenti Li Myon Bakla telefon söhbətində bildirib.

Alman hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybertin bildirdiyinə görə, Merkel Cənubi Koreya tərəfinin «təmkinli davranışını» yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR