Bank Of Baku

İsveç məhkəməsi Culian Assanjın beynəlxalq axtarışa elan olunmasına qarşı apelyasiya şikayətini təmin etməyib

İsveç məhkəməsi Culian Assanjın beynəlxalq axtarışa elan olunmasına qarşı apelyasiya şikayətini təmin etməyib
# 25 noyabr 2010 01:17 (UTC +04:00)
Bakı-APA. İsveç məhkəməsi WikiLeaks internet saytının qurucusu Culian Assanjın beynəlxalq axtarışa elan olunmasına qarşı apelyasiya şikayətini təmin etməyib.

"Apelyasiya məhkəməsi bir sıra məsələlərdə birinci instansiya məhkəməsi ilə razı deyil, lakin hesab edir ki, Assanjın həbsi üçün əsas var", deyə məhkəmənin bəyanatında bildirilir.

Xatırladaq ki, Stokholm mahal məhkəməsi noyabrın 18-də Culian Assanjın yaradıcısının həbsinə order verib. Proqramçını İsveçdə zorlamada günahlandırırlar.

İsveç prokurorluğu WikiLeaks saytının yaradıcısı Culian Assanjın beynəlxalq axtarışa elan olunması ilə bağlı İnterpola müraciət göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR