Bank Of Baku

McDonald’s hamburgerin yanında diplom da verir

McDonald’s hamburgerin yanında diplom da verir
# 26 noyabr 2010 03:14 (UTC +04:00)
Bakı-APA. McDonald’s İngiltərədəki restoranlarına idarəçi yetişdirmək məqsədi ilə universitetlərin birində öz diplom proqramını başlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Mançester Metropol Universitetinin təsdiq etdiyi akademik proqram iki il davam edəcək və universitetin iş proqramının əsasında hazırlanıb. Hamburger nəhənginin akademik sahəyə etdiyi yardım McDonald’s-ın imicini daha müsbət istiqamətdə inkişaf etdirə bilər.
Şirkət aşağı ödənişli və etibarsız iş mənbəyi İngiliscə ’’McJob’’ (Mcİş) təbirini layiq olmadığını söyləyir.
Mançester Metropol Universitetinin rektorun köməkçisi David Fairhurst, McDonald’s təhsil proqramının şirkətdə çalışanlara dəyəri olduğunu ifadə edib.
İşdən ayrılmadan iştirak etmək imkanı verən bu proqram bəzi dərsləri internetlə keçməyi nəzərdə tutur.
David Fairhurst deyib ki, ’’Muasir gənclər iş və təhsil arasında seçim etmək məcburiyyətində qalmaq istəmir, hər ikisini də icra edə biləcəkləri bir mühit axtarırlar’’ dedi.
McDonald’s İngiltərədə 85 min adamı işlə təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR