Bank Of Baku

Romada kütləvi etiraz aksiyası keçirilir- FOTO

Romada kütləvi etiraz aksiyası keçirilir- <font color=red>FOTO</font>
# 27 noyabr 2010 15:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İtaliyanın paytaxtı Romada həmkarlar ittifaqları təşkilatlarının yürüş-mitinqi keçirilir.

APA-nın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün baş nazir Silvio Berluskoninin başçılıq etdiyi hökumətin iqtisadi siyasətinə etiraz edən minlərlə italiyalı Romada yürüşə çıxıb. Aksiyaya böhranla üzləşən sənaye müəssisələrinin nümayəndələri, işsizlər, tibb və təhsil işçiləri, həmçinin tələbələr qatılıb.

İki ayrı istiqamətdən yürüş edən aksiya iştirakçıları Romanın mərkəzi meydanlarından olan San-Covani meydanında birləşiblər. Yürüş-mitinqdə hökumətin iqtisadi siyasətini tənqid edən çıxışlar və şüarlar səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR