Bank Of Baku

İzmirdə 3 PKK-lı həbs olunub

İzmirdə 3 PKK-lı həbs olunub
# 29 noyabr 2010 18:20 (UTC +04:00)
Bakı-APA. İzmirdə PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatda saxlanılan 4 şübhəlidən 3-ü barəsində çıxarıldıqları məhkəmə həbs qərarı verib. Bu barədə APA türk mətbuatına istinadən məlumat verir.

İzmir Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi əməkdaşları tərəfindən saxlanılan və aralarında, “Demokratik Yurdsevər Gənclik Məclisi”nin Ege Bölgəsi koordinatoru İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi 3-cü kurs tələbəsi F.B. (23) ilə Kadifekale rayonu koordinatoru O.U. (19) ilə təşkilat üzvləri Adnan Menderes Universiteti tələbəsi E.P. (20) və bir mebel sexində işləyən İ.T.-nin (18) olduğu 4 şübhəli ifadələri alındıqdan sonra məhkəmə qarşısına çıxarılıblar.

Növbətçi məhkəmə, F.B., E.P. və O.U.-nun həbs olunması, İ.T.-nin isə şərti cəza çəkməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR