Bank Of Baku

Trayan Basesku: Moldova AB-yə daxil olandan sonra Rumıniya ilə birləşə bilər

Trayan Basesku: Moldova AB-yə daxil olandan sonra Rumıniya ilə birləşə bilər
# 30 noyabr 2010 17:49 (UTC +04:00)
Bakı-APA. Moldova Avropa Birliyinə daxil olandan sonra Rumıniya ilə birləşə bilər.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya prezidenti Trayan Basescu "Romanı Liberiya" (Azad Rumıniya) qəzetinə müsahibəsində deyib.
“Rumıniya Moldovanın AB-yə daxil olmasını dəstəkləyir. Bu baş verəndən sonra bizin ölkələr böyük Avropa ailəsinin üzvü olacaqlar. İki ölkənin birləşməsi Dnestr çayının hər iki sahilində yaşayan insanların arzularından asılıdır. Nədən də olmasın”, Besesku deyib.

O, həmçinin bildirib ki, Rumıniya Moldova vətəndaşlarına pasportlarının verilməsini prosesini aktivləşdirib. “Təkcə bu il, 70 min moldovalı Rumıniya vətəndaşlığını alıb. Bu proses Rumıniyanın Balti və Kahulda konsulluqlarının açılışı ilə sürətlənəcək" - Basesku bildirib.

Rusiyanın Rumıniya və digər Qara dəniz ölkələr üçün vacib rol oynadığını vurğulayan Basesku qeyd edib ki, Moskvaya etibar etmir. Çünki Rusiya Dnestryanı bölgədə öz qoşunlarını saxlayır və Sevastopolda yerləşən hərbi dəniz bazasının icarə vaxtını 2042-cı ilə qədər uzadıb”, Basesku deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR