Bank Of Baku

Valeri Çeçelaşvili: GUAM daxili ticarət təxminən 3 milyard dollara çatıb

Valeri Çeçelaşvili: GUAM daxili ticarət təxminən 3 milyard dollara çatıb
# 30 noyabr 2010 19:53 (UTC +04:00)
Astana. Viktoria Dementyeva-APA. Bu ilin 9 ayı ərzində GUAM daxili ticarətdə ötən ilə nisbətən artım meyli müşahidə olunur və təxminən 3 milyard dollara çatıb.
APA-nın Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin Astanada ATƏT-in sammiti çərçivəsində verdiyi bəyanatında deyilir.
“Bu il, GUAM-ın daxili ticarətdə yeni komponentlərindən biri Azərbaycan neftinin Ukraynaya çatdırılması təşkil etmişdir. Bu ilin 9 ay ərzində GUAM-ın tranzit dəhlizi ilə ümumi dəyəri 700 milyon dollar olan təxminən 1,5 milyon ton neft Azərbaycandan Ukraynaya nəql edilmişdir. Bu Ukraynanın ümumi istehlakının 25%-ni təşkil edir”, - bəyanatda deyilir.
2006-cı ildə maliyyə böhrana baxmayaraq GUAM daxili ticarət 2 milyard, 2008 isə “böhranla bərabər Rusiyanın Gürcüstana qarşı təcavüzünə” baxmayaraq rekord 4 milyard dollar təşkil etmişdir. “2009-cu ildə bu göstərici 30% enərək 2,4 milyard dollar olub. Son 9 ay ərzində yenə artım müşayiət olunur. 2010-cu ilin sonunadək daxili ticarətin göstəricisi 4.3 və ya 4,4 milyard dollar təşkil edəcək”, bəyənatda qeyd olunub.
Xatırladaq ki, sabah Astanada son 11 il ərzində ATƏT-in ilk sammiti başlanacaq. Sammit çərçivəsində dekabrın 2-də GUAM dövlətlərinin Nazirlər Şurasının 13-cü iclası keçiriləcək. Görüşdə GUAM ölkələrinin və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR