Bank Of Baku

AB dünyada QİÇS-lə mübarizəni gücləndirir

AB dünyada QİÇS-lə mübarizəni gücləndirir
# 30 noyabr 2010 22:20 (UTC +04:00)
Bakı-APA. Avropa Komissiyası dünyada İİV/QİÇS aşkarlamaq və qarşısını almaq istiqamətində tədbirləri gücləndirir.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Frederik Vensan Brüsseldə bildirib.
"Bu virusa yoluxan insanlar çox vaxt ayrı-seçkilikliyə məruz qalır və ya müxtəlif sosial çətinliklərlə üzləşir" - Vensan bildirib.
Avropa Komissiyasının nümayəndəsi 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilmiş 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı bəyanatla çıxış edib.
O, bildirib ki, bu gün dünyada İİV/QİÇS virusuna yoluxmuş 33 milyon insan yaşayır. Bunların üçdə biri müalicə almağa imkanı yoxdur. 2009-cu ildə dünyada 2.6 milyon insan İİV/QİÇS virusuna yoluxub, bunlardan 30 min nəfəri AB ölkələrindədir .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR