Bank Of Baku

Bosniyada sel nəticəsində yüzlərlə ailə evsiz qalıb

Bosniyada sel nəticəsində yüzlərlə ailə evsiz qalıb
# 02 dekabr 2010 18:27 (UTC +04:00)
Bakı-APA. Bosniya-Herseqovinada bir həftədir davam edən şiddətli yağışlar səbəbi ilə Sarayevo, Qorajde və Mostarda çayların daşması nəticəsində bəzi evlər və əkin əraziləri sular altında qalıb.

Ölkə ərazisində sel səbəbi ilə evləri çay kənarlarında yerləşən əhali daha təhlükəsiz bölgələrə daşınır.

Paytaxt Sarayevoda Jeleznitsa çayının daşması nəticəsində Osyek rayonunda 100-dən artıq ev sular altında qalıb, Sokoloviç-Kolonya yolu isə bağlanıb.

Bölgədə yaşayan ailələr mülki müdafiə qüvvələri tərəfindən qayıqlarla təxliyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR