Bank Of Baku

ATƏT sammiti çərçivəsində Astana bəyannaməsi qəbul olunub - YENİLƏNİB

ATƏT sammiti çərçivəsində Astana bəyannaməsi qəbul olunub - <font color=red>YENİLƏNİB</font>
# 02 dekabr 2010 20:31 (UTC +04:00)
APA-nın müxbirinin məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Bu hadisə təşkilatımızın həyatında yeni mərhələ açacaq”-deyə, prezident vurğulayıb.

Bəyannamədə tərəflər BMT Xartiyası, Helsinki Yekun Aktı, Paris xartiyası, Avropada Təhlükəsizlik xartiyası və digər ATƏT sənədlərindən başlanğıcını götürən bütün norma, prinsip və öhdəliklərə tərəfdar olduqlarını təsdiq ediblər.
"İnsan haqlarına, fundamental azadlıqlara, demokratiyaya və qanunun aliliyinə hörmətlə yanaşılmalı və bu hörmət gücləndirilməlidir. Qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizəni gücləndirmək, enerji təhlükəsizliyi dialoqunu yaxşılaşdırmaq vacibdir», deyə sənəddə bildirilir.
Bəyannamədə münaqişələrə də yer ayrılıb: «ATƏT bölgəsində mövcud münaqişələrin sülh yolu ilə danışıqlar əsasında müəyyən edilmiş formatlarla, BMT Xartiyası, həmçinin Helsinki Yekun Aktında əks olunmuş norma və prinsiplərə tam hörmət etməklə həlli üzrə səyləri artırmaq vacibdir. Yeni böhranların qarşısı alınmalıdır.
Biz BMT Xartiyası və Helsinki Yekun Aktının 10 prinsipi əsasında istənilən şəkildə güc istifadəsi hədəsindən qaçınmağı öhdəmizə götürürük».

Qeyd edək ki, yekun sənədin müzakirəsi 10 saatdan çox davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR