Bank Of Baku

WikiLeaks saytında dərc olunan sənədlərə görə alman nazirin dəftərxana müdiri istefa verib

WikiLeaks saytında dərc olunan sənədlərə görə alman nazirin dəftərxana müdiri istefa verib
# 03 dekabr 2010 18:35 (UTC +04:00)
Bakı-APA. Almaniya xarici işlər naziri Gido Vestervellenin dəftərxanasının müdiri Helmut Metsner istefaya göndərilib. «WikiLeaks»ın yaydığı sənədlərə görə, Metsner ABŞ-ın Berlindəki səfirliyinin məlumatverəni olub.

Metsnerin ABŞ səfirliyi ilə əməkdaşlığı barədə «WikiLeaks» ABŞ Dövlət departamentinin məxfi sənədlərindən xəbər tutub. O amerikalı diplomatlara iqtidar koalisiyasının daxilində baş verənlər barədə məlumat ötürürmüş.

Almaniya iqtisadi əməkdaşlıq və inkişaf naziri Dirk Nibel bildirib ki, Metsner «tərəflərin qarşılıqlı razılığına əsasən tutduğu vəzifədən azad edilib», lakin ona qarşı başqa tədbirlər görülməyəcək.

Nibelin sözlərinə görə, Metsner ABŞ səfirliyinə dövlət sirlərini verməyib, çünki məxfi danışıqlarda yalnız koalisiyaya daxil olan partiyaların liderləri iştirak edə bilərlər.

Metsnerin istefası WikiLeaks saytında ifşaedici materialların dərc olunmasından sonra dövlət idarəetmə orqanlarında baş verən ilk səs-küylü istefadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR