Bank Of Baku

İspaniya aeroportları hərbçilərin nəzarətinə keçib

İspaniya aeroportları hərbçilərin nəzarətinə keçib
# 04 dekabr 2010 07:39 (UTC +04:00)
Bakı-APA. Hərbçilər İspaniyada hava nəqliyyatını tam şəkildə öz nəzarətlərinə götürüblər. APA-nın məlumatına görə, müvafiq sərəncamı aviadispetçerlərin kütləvi tətilinin nəticələrini neytrallaşdırmaq üçün baş nazir Xose Luis Rodriqo Sapatero imzalayıb. Müdafiə Nazirliyi bəyan edib ki, hərbi dispetçerlər ölkədə hava nəqliyyatı sisteminin bərpası ilə məşğuldur. Artıq ölkənin mülki hava nəqliyyatı tam şəkildə Müdafiə Nazirliyinin sərəncamına verilib. Buna rəğmən işə çıxan aviadispetçerlərin əksəriyyəti işləməkdən imtina ediblər. Kanar adalarının aeroportlarında vəziyyət daha ağırdır. İberia aviaşirkəti isə Madrid aeroportunda bütün reyslərin ən azı şənbə günü Bakı vaxtı ilə 14.00-a kimi təxirə salındığını bildirib. Baş nazir Sapatero bəyan edib ki, əgər tətil edən dispetçerlər bu gün səhər işə qayıtmasalar, ölkədə fövqəladə vəziyyət elan edəcək. Ölkə qanunvericiliyinə əsasən fövqəladə vəziyyət rejimi tətbiq olunarsa, dispetçerlər məcburi şəkildə işə çıxmalıdır, bundan imtina edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR