Bank Of Baku

Amerikalı ekspertlər: Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya avrozonanı tərk etməlidir

Amerikalı ekspertlər: Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya avrozonanı tərk etməlidir
# 04 dekabr 2010 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ ekspertlərin fikrincə, Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya bank sektorunda tam miqyaslı böhran baş verməməsi üçün avrozonanı tərk etməlidir.

«APA-Economics»in məlumatına görə, mütəxəssislər hesab edir ki, bu dörd ölkə gec-tez avrozonanı tərk etməi olacaq. Belə ki, bu ölkələrin heç olmasa birində defolt baş verərsə, bu proses pereferiyada avrozonını digər ölkələrinə də təsir göstərəcək və nəticədə hər 4 ölkə zonanı tərk etməli olacaq.

Ekspertlər həmçinin hesab edir ki, hazırda bu ölkələrdə borc problemləri «xroniki» forma alıb və yalınz kənardan maliyyələşmə hər 4 ölkəni və eyni zamanda bütün avrozonanın bank sistemini böhrandan saxlayır. Lakin sözügedən vəsaitin axınını dayanarsa, Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliya «suyun dibinə» gedərək bütün avrozonanın bank sistemini də özlərinin arxasıyca çəkəcək.

Amerika Sahibkarlıq İnstitutunun iqtisadçısı Desmond Lahmanın fikrincə, bu ölkələr hazırki vəziyyətdə olarkən özlərinin itkilərini bərpa etmək üçün valyutanın devalvasiyasını həyata keçirə bilməz: “Yunanıstan, İrlandiya, İspaniya və Portuqaliyanın həddən artıq çox olan borclarını hesabdan silməyə bu ölkələrin «himayəçiləri» - Avropa İttifaqı və Beyənlxalq Valyuta Fondu razılıq verməz və bu ölkələr avrozonanı tərk etməkləri ilə barışmalı və bu istiqamətdə artıq danışıqlara başlamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR