Bank Of Baku

Türkiyədə polislə tələbələr arasında qarşıdurma yaranıb

Türkiyədə polislə tələbələr arasında qarşıdurma yaranıb
# 04 dekabr 2010 13:23 (UTC +04:00)
Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın İstanbulda universitet rektorları ilə görüşünə etiraz edən bir qrup tələbə ilə polis arasında qarşıdurma yaranıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankaradan gələn 150 tələbənin olduğu avtobuslar çevik polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Avtobusda olan tələbələr yoxlanıldıqdan 3 saat sonra geri qaytarılıb. Tələbələr buna etiraz edərək polisə müqavimət göstəriblər. Bu zaman polislə tələbələr arasında qarşıdurma yaranıb. Polis gözyaşardıcı qazdan istifadə edərək izdihamı dağıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR