Bank Of Baku

Daşqınlar ucbatından Bolqarıstanda mağarada yeddi nəfər qalıb

Daşqınlar ucbatından Bolqarıstanda mağarada yeddi nəfər  qalıb
# 04 dekabr 2010 22:38 (UTC +04:00)
Bakı-APA. Bolqarıstanın ən böyük mağaralarının birində - Duhlata mağarasında daşqınlar ucbatından uşaq daxil olmaqla yeddi nəfər qapalı qalıb.
APA-nın vz.ru saytına istinadən verdiyi məlumata görə,
Bolqarıstan Milli Televiziya bildirib ki, səhər mağara daxil olan adamlar üzə çıxa bilməyiblər. Sel nəticəsində yeraltı suların səviyyəsi 7 metr qalxıb və mağaranın bəzi sahələrini su basıb.
Güclü yağışlar Bolqarıstanın 14 bölgələrində daşqınlara səbəb olub.
Sofiya, Pernik, Blagoevgrad və Kyustendil şəhərlərinin bəzi rayonlarında kritik vəziyyət müşahidə olunur.
Hökumət bir neçə bölgədən əhalini evakuasiya etməyə hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR