Bank Of Baku

Britaniyada son 65 ildə ən soyuq hava şəraiti hökm sürür

Britaniyada son 65 ildə ən soyuq hava şəraiti hökm sürür
# 05 dekabr 2010 00:39 (UTC +04:00)
Bakı-APA. Britaniya sinoptikləri ölkədə soyuq hava şəraitinin getdikcə şiddətlənəcəyini proqnozlaşdırırlar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, belə ki qar yağmaqda davam edəcək.
Ötən gecə Britaniyanın şimalındakı Aberdinşire məntəqəsində havanın temperaturu -20 C dərəcəyə qədər enmişdi.
Şotlandiyanın mərkəzi və şərq hissəsi, Uels və İngiltərənin şimal - qərb hissəsində güclü qarın yağacağı barədə proqnozlar verilir.
Ölkənin cənubunda və cənub-şərqində dəmir yolunun işində çətinliklər yaranıb. Şərqi Yorkşirdə dəmiryol nəqliyyatı işləmir. Qlasqoda da qatarlar gedib-gəlmir.
Şotlandiyada məktəblər yenidən bağlanıb. Ölkə üzrə qara görə bağlanmış məktəblərin sayı 2000-ni ötüb.
Sürücülərə yolların buz bağlaması barədə xəbərdarlıq edilib. Avtomobil yollarında buzun əmələ gəlməsi İngiltərənin cənub şərqində özünü daha intensiv halda göstərir.
Uelsdə sürücülər eləcədə dumanlı hava şəraiti ilə də bağlı xəbərdarlıq ediliblər.
Deyilənlərə görə, hazırkı soyuqlar, 1945-ci ildən bəri ən şiddətli hava şəraiti sayıla bilər.
Şimali İrlandiya, qərbi Şotlandiya və İngiltərənin şimal-qərbində güclü qarın yağacağı deyilir.
İngiltərənin Brouh məntəqəsində isə gecə ərzində yağmış qarın qalınlığı 23 sm təşkil edib. Nəticədə burada bir çox avtomobil yolları ilə hərəkət mümkünsüz olub.
Neft məsullarının satışı ilə məşğul olan qurum xəbərdarlıq edib ki, Şotlandiyada və İngiltərənin cənubunda 500-zə qədər yanacaq-doldurma stansiyalarında benzin və dizel yanacağı ehtiyatları həftəsonuna qədər tükənəcək.
Əsas avtomobil trasından uzaq yerləşən ərazilərdəki yanacaq doldurma stansiyalarının aqibəti isə daha acınacaqlıdır. Ölkə bölgələrində xırda aeroportlar bağlanıb.
Gatwick aeroportunun saytı sərnişinlərə tövsiyə edir ki, yola çıxmaqdan, aeroporta gəlməkdən əvvəl, sərnişinlərin internet vasitəsi ilə reyslərinin təxirə salınmadığında əmin olmalıdırlar, və yalnız bundan sonra yola düşməlidirlər.
Uçuş cədvəlin normal vəziyyətə qayıtması üçün bir necə gün tələb olunacaq. Aeroportlara aparan dəmir və avtomobil yollarının da iş ahəngi soyuqlar nəticəsində pozulub.
İngiltərənin Cumbria bölgəsində isə 2 yaşlı adam soyuqdan donaraq ölüblər. Polis sözü gedən ölüm hadisələrinin təfsilatlarını araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR