Bank Of Baku

Albaniyanın baş naziri NATO-dan yardım istəyib

Albaniyanın baş naziri NATO-dan yardım istəyib
# 05 dekabr 2010 02:40 (UTC +04:00)
Bakı-APA. Albaniyanın baş naziri Saleh Berişa NATO-dan sel və daşqınlara məruz qalan Şkodra şəhərinə yardın etməyi xahiş edib.
APA-nın DHA agentliyinə istinadən verdiyi xəbərə görə,
çayların məcrasından çıxması nəticəsində Şkodrada 6 min adamın həyatı təhlükə altındadır. Təbii fəlakət nəticəsində şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu bölgə ilə rabitənin kəsilməsinə görə Albaniya hökuməti xəsarət alan və ölənlərin sayını tam dəqiqliyi ilə bilmir. Son məlumata əsasən 8 nəfər ölüb, 100-dən çoxu itkin düşüb.
Təbii fəlakətin baş verdiyi bölgədə vəziyyətin ağırlaşdığını görən Albaniya hökuməti NATO-ya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR