Bank Of Baku

Skotland-Yard Culian Assanjın həbsi üçün verilmiş orderi alıb

Skotland-Yard Culian Assanjın həbsi üçün verilmiş orderi alıb
# 06 dekabr 2010 20:57 (UTC +04:00)
Bakı-APA. İsveçin Culian Assanjın həbsi üçün verdiyi order Britaniya polisinə çatdırılıb.

Skotland-Yarddan verilən məlumata görə, WikiLeaks saytının qurucusu Böyük Britaniya ərazisindədir və indiyədək əvvəlki orderdə səhv olması ucbatından həbs edilməyib. Yeni order dekabrın 3-də verilib. İnterpol da 39 yaşlı avstraliyalını beynəlxalq axtarışa elan edib.

WikiLeaks saytının yaradıcısı Culian Assanjın beynəlxalq axtarışa elan olunması ilə bağlı İnterpola müraciəti İsveç prokurorluğu göndərmişdi.

Xatırladaq ki, Stokholm mahal məhkəməsi noyabrın 18-də Culian Assanjın yaradıcısının həbsinə order verib. Proqramçını İsveçdə zorlamada günahlandırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR