Bank Of Baku

İranın nüvə proqramına dair Cenevrə danışıqları bu gün davam etdiriləcək

İranın nüvə proqramına dair Cenevrə danışıqları bu gün davam etdiriləcək
# 07 dekabr 2010 02:55 (UTC +04:00)
Bakı-APA. Dekabrın 5-də Cenevrədə başlamış İran və «altılıq» (ABŞ, Çin, Böyük Britaniya, Fransa, Rusiya) arasındakı Tehranın nüvə proqramına dair danışıqlar bu gün davam etdiriləcək.

Bu barədə jurnalistlərə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun mətbuat katibi Mayya Koşançiç məlumat verib.

«Altılığ»ın xarici işlər nazirləri müavinləri səviyyəsində təmsil olunmuş nümayəndə heyətinə Eşton başçılıq edir. İran nümayəndə heyətinin rəhbəri ölkənin Ali Milli təhlükəsizlik şurasının katibi Səid Cəlilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR