Bank Of Baku

Afinada baş vermiş iğtişaşlara görə 84 nəfər saxlanılıb

Afinada baş vermiş iğtişaşlara görə 84 nəfər saxlanılıb
# 07 dekabr 2010 03:59 (UTC +04:00)
Bakı-APA. Yunan polisi Afinada baş vermiş iğtişaşlara görə 84 nəfəri saxlayıb. 15 yaşlı Aleksis Qriqoropulosun qətlinin 2 illiyinə həsr olunmuş Afinada keçirilən kütləvi aksiyalar zamanı 5 nəfər yaralanıb. Onlardan biri başına daş dəymiş yoldan keçən şəxsdir.

Tələbə və həmkarlar təşkilatlarının, həmçinin sol partiyaların təşkil etdikləri aksiyalar 6 saat davam edib.

Ən çətin vəziyyət anarxist qrupların nümayişçilərə qoşularaq ətrafa daş, şüşə, ağac və digər predmetlər yağdırmasından sonra yaranıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və işıq-küy qumbarasından istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR