Bank Of Baku

WikiLeaks saytının qurucusu bu gün Britaniya polisinə təslim olacaq

WikiLeaks saytının qurucusu bu gün Britaniya polisinə təslim olacaq
# 07 dekabr 2010 04:50 (UTC +04:00)
Bakı-APA. WikiLeaks saytının qurucusu Culian Assanj bu gün Britaniya polisinə təslim olaraq London məhkəməsi qarşısına çıxarılacaq. Məhkəmə onun İsveçə verilməsi məsələsinə baxacaq. İsveçdə Assanj zorlamada şübhəli bilinir. APA-nın məlumatına görə, bu barədə The Guardian qəzeti yazır.

Skotland-Yarddan bildiriblər ki, dünən onlar İsveçdən Assanjın həbsi və İsveçə ekstradisiyası barədə tamamilə qanuni sorğu alıblar. Beləliklə, WikiLeaks qurucusunun polisə təslim olmaqdan başqa çarəsi qalmayıb.

Londonun Vestminster magistr məhkəməsindəki keçiriləcək dinləmələr zamanı Assanj girov müqabilində buraxılmağa nail olmağa cəhd edəcək.

Son günlər WikiLeaks saytının qurucusu girov qoymaq üçün pul yığırdı. Assanj 160-320 min dollar arası məbləğ toplamağa ümid edir.

Əgər məhkəmə girov müqabilində Assanjı azad etməkdən imtina etsə və yaxud yığılan məbləğ kifayət etməsə, Assanj həbsdə qalacaq. Bu dövr ərzində məhkəmə dinləmələri davam edəcək. Onun İsveçə ekstradisiya olunub-olunmaması məsələsi saxlanılandan sonrakı 28 gün ərzində həll olunmalıdır.

Assanjın vəkili Mark Stivens bildirib ki, müdafiə etdiyi şəxs İsveçə verilməməyi tələb edəcək. Onların fikrincə, bu ölkə ABŞ-la əlbirdir. Müdafiənin fikrincə, Assanj Britaniyadan İsveç əvəzində birbaşa ABŞ-a yola salına bilər.

Vəkil Assanjın Britaniya polisinin nümayəndələri ilə görüşünün təşkili barədə danışıqlar getdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR