Bank Of Baku

Karla Bruni sünni ziyarətgahında Tanrıdan oğul diləyib

Karla Bruni sünni ziyarətgahında Tanrıdan oğul diləyib
# 07 dekabr 2010 12:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Fransa prezidentinin xanımı Karla Bruni-Sarkozi Hindistanda olarkən Fatehpur-Sikri şəhərindəki sünni ziyarətgahında Allahdan oğul övlad istəyib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın “Daily Telegraph” qəzeti xəbər yayıb.

Qəzet yazıb ki, prezident Nikola Sarkozi və onun xanımı Karla Bruni-Sarkozi Hindistanda müqəddəs Səlim Çeşinin məqbərəsini ziyarət ediblər. Karla müqəddəs ocaq ətrafında Tanrıdan oğul diləyib.

Qeyd edək ki, 42 yaşlı Karlanın birinci nikahından bir oğlu var. N. Sarkozinin də əvvəlki iki nikahdan övladları var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR