Bank Of Baku

AŞ Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupunun sədri korrupsiyaya qarşı beynəlxalq mübarizə günü münasibətilə bəyanat yayıb

AŞ Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupunun sədri korrupsiyaya qarşı beynəlxalq mübarizə günü münasibətilə bəyanat yayıb
# 09 dekabr 2010 15:12 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurasının Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupunun (GRECO) sədri Draqo Kos korrupsiyaya qarşı beynəlxalq mübarizə günü münasibətilə bəyanat yayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, bəyanatda deyilir ki, Avropa, eləcə də bütün dünyada bir çox vətəndaş gündəlik həyatında korrupsiya bəlası ilə üz-üzə gəlməkdədir: ”Bu bəla əsasən bu məsələdə həssas olan insanlara daha çox təsir edir. Eyni zamanda, korrupsiyanın əmələ gətirdiyi nəticələr fərdi sferadan da kənara çıxır. Demokratiya və hüquqi dövlətin daha düzgün fəaliyyət göstərməsi üçün vətəndaşlar öz ölkələrinin siyasi siniflərinə, hakimlərinə, polisinə və digər dövlət organlarının nümayəndələrinə etibar etməlidirlər. Korrupsiya bu etibara ciddi zərbə vuraraq çirkin davranışlara və ləyaqətsizliyə yol açır. Korrupsiya indeksləri Dünya Bankı və “Transparancy İnternational” kimi təşkilatların hesabatlarında geniş qeyd olunur. Bundan başqa, Avropa Şurasının korrupsiyaya qarşı nəzarət orqanı olan GRECO-nun əldə etdiyi məlumatlarda da korrupsiyanın getdikcə artmasına dair narahatlıqların haqlı olduğunu göstərən bir çox hallar öz əksini tapıb. Korrupsiyanın bütün dünyada vüsət almasını nəzərə alaraq, bu sahədə beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağımız olduqca vacib məsələdir. Bu mənada korrupsiya ilə mübarizənin mütləq olması fikrini qəbul edən bütün beynəlxalq iştirakçılar arasındakı əməkdaşlıq səylərini daha da gücləndirmək lazımdır. 9 dekabr tarixi bu məsələnin vacibliyini bir daha xatırlamaq üçün çox əlverişli bir gündür”.


D. Kos bildirib ki, GRECO üçün ən əsas məsələ bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq etməkdir: “Korrupsiyaya qarşı mübarizə üzrə nəzarət mexanizmi kimi əldə etdiyimiz geniş təcürbə ilə Avropa İttifaqının siyasi gücünü birləşdirməklə bu sahədə birgə səylərimiz Avropa hüdudlarından da kənara çıxaraq yalnız güclənə bilər. Bu baxımdan Avropa İttifaqının tezliklə GRECO-ya üzv olacağına böyük ümüdlər bəsləyirəm. Nə olursa olsun, ən yaxşı beynəlxalq əməkdaşlıq belə, üzv ölkələrimizi öz üzərlərinə götürdükləri öhdəliklərin məsuliyyətindən azad etmir. Onlar adi bəyanatlarla deyil, ən yuksək siyasi səviyyədə böyük bir əzmlə korrupsiyaya qarşı mübarizə aparmalıdılar”.

Qeyd edək ki, Korrupsiya ilə mübarizə üzrə Dövlət Qrupu adlanan GRECO təşkilatı 1999-cu ildə Avropa Şurası tərəfindən yaradılıb. Təşkilatın məqsədi AŞ-yə üzv ölkələrinin qurumun himayəsi altında qəbul edilən anti-korrupsiya normalarına nə dərəcədə hörmətlə yanaşdıqlarına nəzarət etməkdir. Hazırda GRECO-da 47 üzv ölkə və Amerika Birləşmiş Ştatları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR