Bank Of Baku

Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi gələn il Azərbaycana səfər edəcək

Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsi gələn il Azərbaycana səfər edəcək
# 09 dekabr 2010 16:11 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, səfər ediləcək ölkələr arasında Azərbaycanın da adı var.

Komitənin bu gün yaydığı sənəddə səfər edilməsi nəzərdə tutulan və adı çəkilən hər bir ölkədə həbsdə olan şəxslər haqda tutarlı məlumatları olan şəxslərdən onların Komitənin işinə yararlı ola biləcəyini hesab etdikləri təqdirdə bu məlumatları qurumun diqqətinə çatdırmağa çağırılır. Bundan əlavə, İQK “vaxtaşırı səfərlərdən” başqa lazım bildiyi təqdirdə üzv ölkələrə “Ad hoc” səfərlər də həyata keçirmək hüququna malik olduğunu sənəddə xüsusi vurğulayır.

Komitənin hökumətlər tərəfindən həbs edilmiş insanların saxlanıldıqları yerlərə hər an baş çəkmək hüquqları var. Bundan başqa, İQK nümayəndələri üçüncü şəxsin müdaxiləsi olmadan həbs edilmiş şəxslərlə təklikdə, həmçinin onlara hər hansı bir yararlı məlumatları verə biləcək insanlarla da görüşmə hüququna malikdirlər.

Hər səfərdən sonra İQK özünün töhfələri və nəticələrindən ibarət məxfi hesabatı səfər etdiyi ölkə nümayəndələrinə göndərir. Bu hesabat həbs edilmiş insanların ləyaqətini alçaldan rəftarlarından və işgəncələrdən qorunması sahəsində İQK ilə milli hökumətlər arasındakı dialoqun təməlini daşıyır.

Xatırladaq ki, İQK Azərbaycana indiyə kimi beş səfər edib. Komitə ölkəyə son səfərini 2008-ci ilin dekabr ayında edib və 2009-cu ilin noyabrında Azərbaycan üzrə sonuncu hesabatını açıqlayıb. Ümumilikdə beş səfərdən hazırlanan hesabatların yalnız ikisinin açıqlanmasına Azərbaycan hökuməti icazə verib - 2004 və 2009-cu illərdəki hesabatlar açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR