Bank Of Baku

İngiltərədə tələbələrin etiraz etdiyi qanun layihəsi qəbul olundu

İngiltərədə tələbələrin etiraz etdiyi qanun layihəsi qəbul olundu
# 09 dekabr 2010 19:50 (UTC +04:00)
Bakı-APA. İngiltərə parlamenti təhsil xərclərinin artırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, təhsil xərclərinin artırılması ölkənin müxtəlif şəhərlərində etirazlara səbəb olub.

Parlamentin alt palatasında hökumətin təhsil xərclərinin artırılmasını nəzərdə tutan qanun layihəsinə 323 millət vəkili “lehinə” 302 "əleyhinə" səs verib.

Layihə səs çoxluğu ilə qəbul edildi və beləliklə İngiltərədə 3,290 funt sterlinq olan təhsil xərcləri, 2012-ci ildən dən etibarən illik təhsil haqqı 9 min funt sterlinqə qədər yüksəldiləcək.
Paytaxt Londonda da minlərlə adam etiraz nümayişi təşkil edib. Londonda etirazçılar və polis əməkdaşları baş vermiş toqquşmalarda ikisi polis olaraq 6 adam yaralanıb, 3 etirazçı saxlanılıb.
Etirazçılar parlament meydanında böyük bir zibil konteynerini atəşə verib və şəhərin mərkəzində ucaldılmış Çörçilin abidəsini qırmızı boya ilə bulayıblar.
Tələbələrin aksiyası davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR